Tovuzda "Hyundai" avtomobili piyadanı vurub
Hadisə
- 05 mart, 2017
- 20:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 5 mart. REPORT.AZ/ Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
Tovuz Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında, rayonun Əlimardanlı kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Fikrət Fərmayıl oğlu yolu keçmək istəyərkən hələlik sürücüsünün adı açıqlanmayan "Hyundai" markalı avtomobil tərəfindən vurulub.
Yaralı ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkimlər tərəfindən əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
11:48
XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Mədəniyyət siyasəti
11:47
Axar.az xəbər saytı 13 yaşını qeyd edir
Media
11:46
Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxs həbs edilib
Hadisə
11:43
"Sabah" - "Borussiya" oyununun hakimi: 14 yaşında tribunadan meydana enən FIFA referisi
Futbol
11:40
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq
Ədəbiyyat
11:39
Cənubi Qafqazda azad ticarət məkanının yaradılması təklif edilib
Biznes
11:39
Xəzər dənizində zəlzələ olub
Hadisə
11:31
Kipiani: Gürcüstan və Azərbaycan regionda rəqabətqabiliyyətliliyin artımında aparıcı rol oynaya bilər
Region
11:31
Nazir müavini: Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün 150-yə yaxın vakansiya təklif olunub
Sosial müdafiə