Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb - YENİLƏNİB
Hadisə
- 27 mart, 2017
- 06:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
*** 09:29
Bakı. 27 mart. REPORT.AZ/ Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.
"Report" xəbər verir ki, Sumqayıt vağzalında Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çoxdur qatar gözləyir. Belə ki, saat 08:50 qatarı gəlməyib, 09:17 qatarının isə yolda olduğu bildirilib.
Nəticədə stansiyada sıxlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Report"a açıqlamasında bildirib ki, Sumqayıt-Bakı elektrik qatarının gecikməsinə Keşlə stansiyasında elektrik xəttində yaranan nasazlıq səbəb olub: "Bu səbəbdən qatar 40 dəqiqə gecikib. Hazırda problem aradan qaldırılıb".
Son xəbərlər
11:25
DVX rəisi: "Vergi islahatlarında sahibkarların təklifləri nəzərə alınıb"
Maliyyə
11:23
Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Biznes
11:22
Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır
ASK
11:22
Lu Mey Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib
Xarici siyasət
11:13
Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
Sağlamlıq
11:12
FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
Hadisə
11:12
Gələn il diaspor fəaliyyətinə sərf ediləcək xərclərin strukturu məlum olub
Milli Məclis
11:12
Azərbaycanda gələn il səhiyyə xərclərinin gözlənilən strukturu açıqlanıb
Milli Məclis
11:10
Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib
Hadisə