Şirvanda narkotik satmaqda şübhəli bilinən qadın həbs olunub
Hadisə
- 07 fevral, 2023
- 05:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region