Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Hadisə
- 31 mart, 2026
- 15:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeyd alınıb.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.
Partlayış zamanı iki nəfər ev sakini - Vəfa və Qəmər Zeynalovalar xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr