Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Hadisə
- 18 iyun, 2021
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəki rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qayabaşı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Yevlax şəhər sakini Təbriz Aydın oğlu Yusifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Maşın aşan zaman sərnişin - Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Bayram Aşırəliyev özünü yerə atmaq istəyərkən ağır xəsarət alıb. Avtomobildə olan digər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Son xəbərlər
13:23
Hindistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat xətti layhələrinə maraq göstərir
Digər
13:20
"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
ASK
13:18
Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Xarici siyasət
13:18
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
13:17
"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
Futbol
13:16
Zahid Oruc: "Ucqar kəndlərdə yeni emal müəssisələri vergilərdən azad edilməlidir"
ASK
13:16
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
Sağlamlıq
13:15
Ceyhun Bayramov: Son illər Azərbaycanla Hindistan arasında bir sıra məsələrlərdə fikir müxtəlifliyi olub
Xarici siyasət
13:13
Ukrayna ilə Gürcüstan suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləyiblər
Region