Samuxda elektrik yarımstansiyasında partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
Hadisə
- 17 noyabr, 2018
- 13:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Samux. 17 noyabr. REPORT.AZ/ Noyabr ayının 14-də Samux rayon ərazisində yerləşən Gəncə 330 kv Yarımstansiyada baş verən partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı ağır xəsarətlər alan, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, adı çəkilən yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan qısapanma baş verib və yanğınla nəticələnən kiçik partlayış olub. Nəticədə E.Həsənov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr