Salyanda qidadan zəhərlənən qadın xəstəxanada ölüb
Hadisə
- 13 avqust, 2018
- 12:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 13 avqust. REPORT.AZ/ Salyan rayonunda 36 yaşlı qadın qidadan zəhərlənib.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun Yenikənd kənd sakini, 1982-ci il təvəllüdlü Gülnar Əli qızı Məmmədova ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına qida zəhərlənməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olan 36 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata görə, qadın bir neçə gün əvvəl qarpız və pomidor yedikdən sonra səhhətində problem yaranıb. Zəhərlənmənin də bu qidalardan yarandığı ehtimal edilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:35
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir – Yenilənir
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr