Salyanda motosikl ağaca çırpılıb, sürücü yaralanıb
Hadisə
- 04 aprel, 2017
- 05:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 4 aprel. REPORT.AZ / Salyan rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən axşam rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Belə ki, Salyan şəhər 20 yanvar küçəsi, bina 17, mənzil 8-də yaşayan 40 yaşlı Eldəniz Abbasəli oğlu Bağırov idarə etdiyi motosiklla hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət
17:22
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Sənaye
17:13
İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var
Digər ölkələr
17:10
Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi"
Futbol
17:06
Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb
Digər ölkələr
17:05
Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir
Digər ölkələr
16:57
Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Sənaye
16:50
Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutub
Futbol
16:45
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
Daxili siyasət