Salyanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə
- 19 yanvar, 2019
- 07:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 yanvar. REPORT.AZ/ Salyan rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Səfər Məlikov və Cabbar Vahabov saxlanılıblar.
S.Məlikovdan çəkisi 425 qram, C.Vahabovdan isə 485 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr