Salyanda inək yol qəzasına səbəb olub, 1 nəfər xəsarət alıb
Hadisə
- 19 noyabr, 2018
- 19:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 19 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Dayıkənd kəndi ərazisində "Mitsubishi" markalı avtomobil hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək aşıb.
Avtomobilin sürücüsü xəsarətsiz ötüşsə də, salonda olan sərnişin, Neftçala rayonunun 1957-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Qasımova Gülnisə Səfəralı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Salyanda maşın piyadanı vuraraq öldürüb.
Son xəbərlər
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol
11:26
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir
Xarici siyasət
11:15
Türkiyə XİN Azərbaycanı təbrik edib
Xarici siyasət
11:10
Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
Region
10:49
Dron hücumundan sonra Sankt-Peterburqdakı "Ozon" anbarında yanğın baş verib
Digər ölkələr
10:46
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
Futbol
10:37
Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Xarici siyasət