Salyanda avtomobil yolu keçən iki nəfəri vurdu

Hadisə
  • 15 iyul, 2021
  • 22:43
Salyanda avtomobil yolu keçən iki nəfəri vurdu

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərzisində avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Cavadov Vuqar Əlisahib oğlu və 2000-ci il təvəllüdlü Babayev Etibar İlqar oğlunu vurub.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədəninin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.