Sabunçuda avtomobil 14 yaşlı qızı vuraraq xəsarət yetirib

Hadisə
  • 11 oktyabr, 2019
  • 19:52
Sabunçuda avtomobil 14 yaşlı qızı vuraraq xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı qəsəbəsində 2005-ci il təvəllüdlü Abbasova Fatimə Natiq qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.