Qusarda 13 min manatdan çox dəyəri olan qızıl zinət əşyaları oğurlanıb
Hadisə
- 28 dekabr, 2021
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qusarda 13 min manatdan çox dəyəri olan qızıl zinət əşyaları oğurlanıb."
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan "Report"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməklə zərərçəkmişə ümumilikdə 13275 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zaur Əlipoladov saxlanılıb. Həmin şəxsin həmyerlisinə məxsus mənzilə gizlin daxil olaraq qızıl zinət əşyaları oğurlaması müəyyən edilib.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda