Lənkəranda özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
Hadisə
- 25 fevral, 2026
- 15:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda özünü televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb etməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla sözügedən şəxsin müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını söylədiyi, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb etdiyi məlum olub.
Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.
Son xəbərlər
18:20
Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə səbəb olub
Region
18:01
"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub
Digər ölkələr
17:43
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Fərdi
17:37
Almaniyada proqram təminatında kritik boşluqlar barədə xəbərdarlıq edilib
Digər ölkələr
17:32
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
17:20
Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib
Hərbi
17:14
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Elm və təhsil
16:57
Britaniyada fırtına səbəbindən 57 mindən çox ev işıqsız qalıb
Digər ölkələr
16:55
Azərbaycan Premyer Liqasının IX turunda daha bir görüş baş tutub
Futbol