Neftçalada avtomobil beton maneəyə çırpıldı, sürücü yaralandı
Hadisə
- 23 noyabr, 2020
- 19:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində baş verib.
Həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Cəfərov Sənan Zakir oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton maneəyə çırpıb.
Nəticədə müxtəlif xəsarətlər alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol