İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik aşkar edilib
Hadisə
- 05 iyun, 2025
- 16:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük maşını Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı yük maşınında “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
Son xəbərlər
05:55
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
Region
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr