Masazırda duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edilib

Hadisə
  • 21 noyabr, 2023
  • 14:27
Masazırda duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edilib

Masazırda Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edilib.

"Report" DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.