Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, yaralı var
Hadisə
- 11 may, 2024
- 03:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 1991-ci il təvəllüdlü Orxan Abdullayev Hacıqabul istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:50
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək
Daxili siyasət
11:47
AMB: Sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılması planlaşdırılır
Maliyyə
11:47
Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib
Daxili siyasət
11:46
Mahmud Qurbanov: "Sabah" "Borussiya" ilə bərabər səviyyədə oynadı"
Futbol
11:43
Bahar Muradova: Müasir texnologiyalar ailə münasibətləri və uşaqların inkişafına ciddi təsir göstərir
Daxili siyasət
11:40
Foto
ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib
Daxili siyasət
11:32
Azərbaycanın sığorta sektorunda gözlənilən yeniliklər açıqlanıb
Maliyyə
11:29
Foto
Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb
Fərdi
11:26
Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
Region