Külək Göygöldə evlərin damını dağıdıb, Şəmkirdə istixanalara ziyan vurub
Hadisə
- 28 fevral, 2026
- 02:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hava şəraitinin kəskin dəyişməsi Göygöl və Şəmkir rayonlarında bəzi fəsadlar törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, güclü külək Göygöl rayon Hacıməlik qəsəbəsində bir neçə fərdi evin dam örtüyünü dağıdıb, iri gövdəli ağacların budaqlarını sındırıb.
Güclü külək Şəmkir rayonun Keçili kəndində də bəzi fəsadlar törədib. Belə ki, bir neçə istixananın örtükləri sıradan çıxıb, təsərrüfata qismən ziyan dəyib.
Həmçinin bəzi ərazilərdə elektrik enerjisinin verilməsində bir neçə saat fasilə olub.
Qeyd edək ki, hazırda bölgədə güclü külək müşahidə olunur. Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.
Son xəbərlər
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr