İrandan gələn Azərbaycan vətəndaşının mədəsindən 55 büküm heroin çıxıb
Hadisə
- 01 dekabr, 2017
- 06:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib. Nəticədə, həmin şəxsin mədəsində 55 ədəd bükümdə, ümumi xalis çəkisi 281,105 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:38
"Vikinq" - "Sabah": Azərbaycan və Norveç klublarının 9-cu dueli
Futbol
11:37
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini sabit saxlamağı hədəfləyir
Maliyyə
11:36
Sahil Babayev: "ARDNF-nin dövlət büdcəsinə illik transferti 2030-cu ilədək 5,5 milyard dollara endiriləcək"
Maliyyə
11:34
Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq
Turizm
11:33
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Sosial müdafiə
11:33
"Makler" boşanma ərəfəsində olan qadının 163 min manatdan çox pulunu ələ keçirib
Daxili siyasət
11:32
Bu il Azərbaycanda xarici turistlərin xərclərinin 2 dəfə artırılması planlaşdırılır
Turizm
11:29
Sahil Babayev: "Gələn il qeyri-neft-qaz ÜDM-də 2023-cü ilə nisbətən 38 %-lik artım olacaq"
Maliyyə
11:29
Nazir: "Qeyri-neft baza kəsiri 2027-ci ildə fiskal qayda tətbiq olunandan bəri ən aşağı həddə çatacaq"
Maliyyə