Gürcüstanda azərbaycanlı narkotik alverçisi saxlanılıb
Hadisə
- 02 fevral, 2019
- 13:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 2 fevral REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında, azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində (Soğanlıq) xüsusi əməliyyat keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəticədə narkotik vasitələrin qanunsuz əldə olunması və satışında şübhəli bilinən 1987-ci il təvəllüdlü A.X. adlı yerli azərbaycanlı saxlanılıb.
İstintaqla həmin şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunub. Onun satdığı bir neçə bağlama narkotik vasitə maddi sübut kimi müsadirə olunub.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Son xəbərlər
17:28
Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib
Futbol
17:28
Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək, 12 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
17:26
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Biznes
17:26
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
Hadisə
17:24
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 11 %-dən çox artırıb
Biznes
17:24
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
İnfrastruktur
17:15
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
Region
17:15
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Maliyyə
17:12
Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır
Maliyyə