Goranboyda oğurluq hadisəsi baş verib - FOTO
Hadisə
- 22 noyabr, 2016
- 22:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 noyabr. REPORT.AZ/ Goranboy rayonunda oğurluq hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində fəaliyyət göstərən və Rais Kərimova məxsus marketə gecə saatlarında daxil olan naməlum şəxslər mağazanın müşahidə kameralarını sındıraraq, videoyazını yaddaşda saxlayan qurğunu özləri ilə aparıblar. Oğrular həmçinin 600 manat pul, 3 min manatdan çox dəyərində tütün və digər ərzaq məhsulları da oğurlayıblar.
R.Kərimov özü marketin qarət olunmasından səhər saatlarında xəbər tutub. Belə ki, o, mağazanın kilidlərinin sındırıldığını və obyektin talandığını görüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfndən araşdırma aparılır.
Son xəbərlər
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.11.2026)
Maliyyə
08:41
Foto
Video
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
Digər ölkələr
08:32
Video
Qobustanda daha bir körpü yenilənəcək
İnfrastruktur