Gəncədə qadını butulka ilə vurub bıçaqlayan şəxs saxlanılıb
Hadisə
- 04 avqust, 2020
- 05:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncədə əvvəllər qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayan şəxs saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhərində yerləşən yataqxanaların birində Gəncə şəhər sakini, 56 yaşlı Z.İbrahimova ilə əvvəllər qeyri-rəsmi nikahda yaşadığı 1956-cı il təvəllüdlü İlham Həsənovla aralarında mübahisə yaranıb.
Bu zaman İ.Həsənov qadına başından butulka ilə xəsarət yetirib və qarın nahiyəsindən bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət