Gəncədə nikah bağlamağa gələn gənci avtomobil vurub
Hadisə
- 16 fevral, 2017
- 08:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 16 fevral. REPORT.AZ/ Gəncə şəhərində "ASAN xidmət"ə nikah bağlamağa gedən gənci avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, "ASAN xidmət"in yaxınlığında baş verib.
Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədzadə Kamran Eldar oğlu yolu keçmək istəyərkən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Tural Azər oğlunun idarə etdiyi 20-DA-991 dövlət nömrə nişanlı "Fort -Tranzit" markalı avtomobillə vurulub.
Yaralı yaxınlıqdakı Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:20
APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir
Digər ölkələr
18:18
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika
18:11
Foto
Video
Brüsseldə aksiya: Biz itkin düşmüş azərbaycanlıların taleyi barədə həqiqəti bilmək istəyirik
Diaspor
18:08
Foto
Hərbi Tibb Fakültəsində "Tibbi ingilis dili" kursu keçirilir
Hərbi
18:08
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
Futbol
17:54
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Xarici siyasət
17:54
"Avropa uğrunda Vətənpərvərlər" fraksiyasının ofislərində axtarışlar aparılır
Digər ölkələr
17:53
Foto
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Elm və təhsil
17:42
Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr