Gəncədə 59 yaşlı kişi arvadını maşınla vurandan sonra intihara cəhd edib
Hadisə
- 03 aprel, 2019
- 11:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhərində 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirəndən sonra intihara cəhd edib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan, 1960-cı il təvəllüdlü Eldar İsmayıl oğlu Abbasov sirkə turşusu içərək intihara cəhd edib.
İlkin məlumata görə, hadisəyə səbəb onun öz həyat yoldaşı ilə mübahisə etməsi göstərilir.
Belə ki, 59 yaşlı E.Abbasov həyat yoldaşı, 1968-ci il təvəllüdlü Sevinc Əmir qızı Abbasovanın üzərinə VAZ markalı avtomaşını sürərək onu divara sıxıb və avtomobillə ona müxtəlif bədən xəsarətləri yetirib.
Daha sonra isə özünü zəhərləyərək intihara cəhd edib.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:49
Vətən müharibəsindən sonra 500-dən çox şəxs son nəsil protezlə təmin edilib
Sosial müdafiə
10:47
FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
Digər
10:46
MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
İKT
10:46
FAO: Azərbaycanın daxili suları effektiv balıqçılıq idarəetməsinə ehtiyac duyur
ASK
10:46
Azərbaycan "ASAN xidmət" modelinin verdiyi töhfəyə görə BMT sertifikatına layiq görülüb
Xarici siyasət
10:43
NK rəsmisi: "Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır"
ASK
10:36
Foto
Cibuti və Şri-Lankada "ASAN xidmət" modelinin tətbiqinə dair anlaşma memorandumları imzalanıb
Xarici siyasət
10:36
Li Tszyunxua: Azərbaycan dövlət xidmətlərinin inkişafına əhəmiyyətli töhfə verib
Xarici siyasət
10:35
Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
Xarici siyasət