Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəfat edib
Hadisə
- 19 fevral, 2018
- 06:07
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 fevral. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (Komitə) sədri Abbas Ələsgərov vəfat edib.
Bu barədə “Report”a komitənin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.
Onun sözlərinə görə, A.Ələsgərov müxtəlif xəstəliklərdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, bu gün dəfn ediləcək. Hazırda mərhumun dəfn olunacağı yer dəqiqləşdirilir.
Xatırladaq ki, A.Ələsgərov 13 dekabr 1937-ci ildə Bakıda anadan olub, Azərbaycan Politexnik İnstitutunu bitirib. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb, 2007-ci ilin aprel ayında Komitənin sədri olub.
A.Ələsgərov "Şöhrət" ordeni ilə təltif olunub, "Əməkdar mühəndis”, “Əməkdar memar” fəxri adlarına layiq görülüb.
Son xəbərlər
23:04
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Daxili siyasət
23:01
Foto
Xankəndidə Zəfər Günü münasibətilə keçirilmiş konsertdən sonra atəşfəşanlıq olub
Daxili siyasət
22:54
SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət
22:46
Foto
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Region
22:10
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
21:54
Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub
Fərdi
21:40
DÇ-2028: Azərbaycanın futzal millisi Latviyaya uduzub
Komanda
21:38
Foto
Video
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Daxili siyasət
21:33
Foto
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət