DİN 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
Hadisə
- 11 may, 2019
- 08:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İlham Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.
Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol