Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb

Hadisə
  • 17 fevral, 2017
  • 06:50
Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

44 - Tezliklə