Bakıda sərnişin qatarı dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçən piyadanı vurub
Hadisə
- 31 dekabr, 2023
- 17:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Report”a verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır xəsarətlər alıb.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb:
“Unutmayın: "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur”.
Son xəbərlər
12:37
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Hadisə
12:34
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Futbol
12:32
Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq
Ekologiya
12:23
BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib
Digər ölkələr
12:11
İran yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol
11:26
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir
Xarici siyasət