Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

Hadisə
  • 23 oktyabr, 2017
  • 01:52
Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qonşu qonşusunu bıçaqlayıb.

"Report" xəbər verir ki, Pirşağı qəsəbəsinin Pioner düşərgəsi kimi tanınan ərazisində yaşayan 1986-ci il təvəllüdlü Təhməzov Mehrab Əhliyyət oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib.

Bu zaman M.Təhməzov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə