Bakıda piyada ölümü ilə nəticələnən avtoqəza olub
Hadisə
- 20 noyabr, 2023
- 05:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 20-də saat 00:25 radələrində Bakıda piyada ölümü ilə nəticələnən avtomobil qəzası olub.
"Report" xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, E.Qəmbərov küçəsi 2 ünvanında İsmayılov Elşad Vəli oğlu idarə etdiyi "Nissan Tida" markalı, 90-TT-762 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən piyada - 1963-cü il təvəllüdlü, Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Oktyabr küçəsi, ev 7, mənzil 4-də yaşamış Hüseyn Baxşeiş Saruxan oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətdən Sabunçu tibb mərkəzində ölüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq müstəntiq Nicat Naibov tərəfindən istintaq aparılır.
Son xəbərlər
12:33
EBRD: Orta Dəhliz tamhüquqlu iqtisadi dəhlizə çevrilməlidir
İnfrastruktur
12:32
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb
Biznes
12:32
"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq
Futbol
12:29
EBRD Orta Dəhliz üzrə dəniz nəqliyyatına investisiyaları artırmaq istəyir
İnfrastruktur
12:29
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir
Din
12:29
Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək
Energetika
12:29
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox tədbir keçiriləcək
Mədəniyyət siyasəti
12:26
Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək
Region
12:23
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir
Elm və təhsil