Bakıda orta yaşlı kişini avtomobil vurub

Hadisə
  • 14 dekabr, 2017
  • 01:49
Bakıda orta yaşlı kişini avtomobil vurub
Foto: Report.az

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçən 1976-ci il təvəllüdlü Abbasov Qafar Əlipənah oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.