Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Hadisə
  • 24 aprel, 2021
  • 22:23
Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində hərəkətdə olan motosiklet idarəetməni itirərək minik avtomobilinə çırpılıb.

Hadisə zamanı motosikletin sürücüsü, 1990-cı il təvəllüdlü Əliyev Kamran Rafael oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 filmi