Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu
Hadisə
- 25 iyul, 2020
- 17:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadıqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.
Cinayətin təfərrüatı araşdırılır.
Ramin Şahbazov
Son xəbərlər
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol