Bakıda gənc qadın əri tərəfindən bıçaqlanıb

Hadisə
  • 09 dekabr, 2017
  • 03:52
Bakıda gənc qadın əri tərəfindən bıçaqlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda gənc qadın əri tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Pirşağı qəsəbəsində yerləşən 2 saylı "Zeytun sovxozu" ərazisində yaşayan 1992-ci il təvəllüdlü Ağakişiyeva Xanım Əli qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə X.Ağakişiyeva kürək nahiyəsindən bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə