Bakıda kişi arvadını bıçaqladı

Hadisə
  • 04 iyun, 2020
  • 20:14
Bakıda kişi arvadını bıçaqladı
Report

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Babayeva Günel Nazim qızı əri tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.