Bakıda daha bir avtobusda yanğın olub
Hadisə
- 22 fevral, 2019
- 13:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 fevral. REPORT.AZ/ Bir qədər əvvəl Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi - "28 May" metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hadisə barədə məlumat daxil olan kimi Agentlik araşdırma aparıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub.
Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonunda da sərnişin avtobusu yanıb.
Son xəbərlər
23:28
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
Futbol
23:28
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb
Region
23:08
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
Futbol
22:56
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
Region
22:46
"ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır
Digər ölkələr
22:34
Foto
UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
Futbol
22:31
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika
22:10
Stubb Oslodakı Ukrayna danışıqlarında real irəliləyiş əldə olunduğunu bildirib - Yenilənib
Digər ölkələr
22:01
Foto
İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
Region