Bakıda 9 yaşlı uşaq yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Hadisə
  • 24 dekabr, 2021
  • 04:57
Bakıda 9 yaşlı uşaq yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2012-ci il təvəllüdlü Nurlu Müşkinaz İntiqam qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.