Bakıda 20 yaşlı gənc bıçaqlandı

Hadisə
  • 17 iyun, 2020
  • 20:06
Bakıda 20 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

"Koroğlu" metrostansiyasının yaxınlığında 2000-ci il təvəllüdlü Vahabzadə Xaliq Aqil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.