Ağsu sakini Astarada avtomobilini aşırıb
Hadisə
- 25 dekabr, 2018
- 13:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 dekabr. REPORT.AZ/ Ağsu rayon sakini Astarada avtomobilini aşırıb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara - İran İslam Respublikası dövlət sərhədi yolunun Astara rayonunun Şiyəkəran kəndi ərazisindən keçən hissəsində baş verib.
Ağsu rayonu, Kəgəli kənd sakini, 1990-cı il təvəllüdlü Rusif İlqar oğlu Hüseynov idarə etdiyi "Audi" markalı avtomobillə İran İslam Respublikasından qayıdarkən idarəetməni itirib və yoldan çıxıb. Nəticədə avtomobil aşıb, sürücü R.Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:36
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Digər ölkələr
19:12
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Hadisə
18:57
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Region
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət
18:00
Foto
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
Fərdi
17:55
Foto
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclis
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi