Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub
Hadisə
- 07 avqust, 2026
- 18:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, yetkinlik yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Araşdırmalar zamanı qızın bu ilin oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.
Faktla bağlı zəruri tədbirlər icra edilib, aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Son xəbərlər
13:49
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Energetika
13:44
Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
Digər ölkələr
13:39
Foto
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
Mədəniyyət siyasəti
13:38
IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Maliyyə
13:24
Foto
Video
Bakıda keçirilən NATO təlimi başa çatıb
Hərbi
13:13
Foto
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Fərdi
12:57
İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
Region
12:55
Foto
Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib
Maliyyə
12:54
Foto
Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib
Diaspor