Abşeronda yolu keçmək istəyən piyadanı avtomobil vurub
Hadisə
- 23 fevral, 2018
- 07:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron. 23 fevral. REPORT.AZ/ Abşeron rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurub.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini, 1977-ci il təvəllüdlü Bəhruz Sədrəddin oğlu Quliyev yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Daha sonra avtomobil piyadan üstündən keçib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region