Abşeronda piyadanı avtomobil vuraraq öldürüb

Hadisə
  • 13 avqust, 2018
  • 09:36
Abşeronda piyadanı avtomobil vuraraq öldürüb

Bakı. 13 avqust. REPORT.AZ/ Abşeron rayonunda piyadanı avtomobil vuraraq öldürüb. 

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. 

Belə ki, avqustun 12-də saat 3 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.