Abşeronda ağır qəza: 2 nəfər öldü, 5 nəfər xəstəxanalıq oldu

Hadisə
  • 17 iyul, 2020
  • 09:16
Abşeronda ağır qəza: 2 nəfər öldü, 5 nəfər xəstəxanalıq oldu

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyulun 16-da saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb,  E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.