Abşeronda 57 yaşlı qadını avtomobil vurub
Hadisə
- 25 yanvar, 2018
- 16:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron. 25 yanvar. REPORT.AZ/ Abşeron rayonunda yolu keçmək istəyən 57 yaşlı qadını avtomobil vurub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, Ceyranbatan qəsəbəsinin sakini, 1961-ci il təvəllüdlü Mərmər Osman qızı Tağıyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn "VAZ-2109" markalı 50 CK 499 dövlət qeydiyyatı nişanlı avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Artıq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr