Abşeronda 16 yaşlı qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 26 iyun, 2022
  • 02:08
Abşeronda 16 yaşlı qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Abşeron rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Cəbiyeva Zəhra Amil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağtərəfli oturaq və qamış sümüklərinin sınıqları diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.