"Zirə"nin yoxlama oyununda zədələnən futbolçusu uzun müddətə sıradan çıxıb

Futbol
  • 11 avqust, 2025
  • 14:04
Zirənin yoxlama oyununda zədələnən futbolçusu uzun müddətə sıradan çıxıb

"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibie uzun müddətə sıradan çıxıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olunacaq oyunçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.

44 filmi