“Zirə” klubu rumıniyalı legionerini cəzalandırıb
Futbol
- 25 oktyabr, 2017
- 07:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 oktyabr. REPORT.AZ/ “Zirə” klubu rumıniyalı futbolçusu Qabriel Mateyi cəzalandırıb. Bu barədə “Report”a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Gənc mütəxəssisin sözlərinə görə, səbəb 27 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının IX turunda “Sumqayıt”la səfər matçının 63-cü dəqiqəsində Vüsal İsgəndərli ilə əvəzlənən zaman dəyişikliyə açıq-aşkar etiraz etməsidir. Klubun nizam-intizam qaydalarına uyğun olaraq, Mateyə pul cəzası kəsilib.
Qeyd edək ki, “Zirə” sonuncu turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzmaqla cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Qəsəbə təmsilçisi X turda “Qəbələ”ni qəbul edəcək. Oktyabrın 28-də keçiriləcək matç saat 17:00-da başlayacaq.
Son xəbərlər
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr