"Zirə" klubu makedoniyalı futbolçu ilə müqavilə bağlayıb

Futbol
  • 08 fevral, 2018
  • 09:33
Zirə klubu makedoniyalı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ “Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, makedoniyalı Yani Urdinovla müqavilə bağlanılıb. Y.Urdinov 6 aylıq anlaşmaya qol çəkib. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.