UEFA təlimçisi Bakıda azərbaycanlı hakimlərə seminar keçir
Futbol
- 24 iyul, 2023
- 13:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA təlimçisi Yorn Vest Larsen Bakıda azərbaycanlı hakimlərə seminar keçir.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kursda danimarkalı ilə yanaşı, qitə futbol qurumunun təhsil üzrə məsləhətçi Burçin Keskin, köməkçi hakimlərlə çalışan Tarık Ongün və Bahattin Duran da iştirak edirlər.
Onlar AFFA-nın təşkilatçılığı ilə 2023/2024 mövsümünə hazırlıq məqsədilə Premyer Liqa, I və II liqa hakimləri və hakim-inspektorlarına yay seminarı keçirlər.
Həmçinin, Fırat Aydınus və idman psixoloqu Turqay Biçer də müxtəlif mövzularda təlimlər keçirlər.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə təşkil olunan seminar iyulun 30-dək davam edəcək.
Son xəbərlər
16:50
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər
Digər
16:49
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Hadisə
16:47
Azərbaycan Çindən əncir idxalını bərpa edib
Biznes
16:42
"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb
Futbol
16:37
Foto
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Futbol
16:23
Merts və Tramp Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasını müzakirə ediblər
Digər ölkələr
16:21
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Digər ölkələr
16:21
Foto
SPECA iştirakçı dövlətləri Bişkekdə sərhədkeçmə prosedurlarının sadələşdirilməsini müzakirə edib
İnfrastruktur
16:15
Foto
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
İnfrastruktur